"Real"da "zəlzələ": 14 futbolçu yola salınır - SİYAHI
Eder Militao, Luka Yoviç və Eden Hazardı heyətinə qatan, Benjamin Mendi, Kristian Eriksen, Paul Poqba kimi ulduzların transferini istəyən “Real” heyətində böyük islahata hazırlaşır.
Fanat.Az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan 14 futbolçunun komandadan getməsini istəyir və həmin futbolçuların siyahısını rəhbərliyə təqdim edib.
“Real” Eden Hazarda 100, Kristian Eriksenə 80, Luka Yoviçə 60, Eder Militao və Benjamin Mendiyə 50, Rodriqoya 45 milyon avro transfer büdcəsi ayırıb. Bu isə 385 milyon avro deməkdi. “Kral Klubu”nun “Maliyyə Fair Playı” qaydalarında “ilişməməsi” üçün 70 milyonluq büdcəsi qalıb. Bu vəəsait isə Paul Poqba üçün ayrılıb. Amma fransalı ulduzu bu məbləğə almaq mümkün deyil. Madrid təmsilçisi həmin məbləğin üstünü futbolçu satışlarından əldə edəcəyi gəlirlə düzəltmək istəyir.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
İddialara görə, Zidan 14 futbolçunun satışa çıxarılmasını və yol salınmasını istəyib. Həmin siyahını təqdim edirik:
Keylor Navas, Qaret Beyl, İsko, Oskar Rodriges, Xesus Valleho, Serigio Requillon, Teo Ernandes, Markos Llorente, Mateo Kovaçiç, Deni Kebellos, Lukas Silva, Mariano, Raul De Tomas, Borya Mayoral.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq