Ərdoğanın mühafizəsində iki terrorçu tapıldı
Almaniyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis haqqında istintaq aparılır.
Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onlar ifrat sağçı terror təşkilatı olan “NSU”ya tərəfdar olmaqda şübhəli bilinirlər.
Həmin iki alman polis Saksoniya əyalətində xidmət edirmiş. Onları Türkiyə prezidentinin səfəri ilə əlaqədar müvəqqəti olaraq Berlinə gətiriblər. Məlum olub ki, 2 polis xidmət zamanı kod olaraq “NSU” terror təşkilatının üzvü Uve Böhnhardtinin adını istifadə ediblər.
Məsələ ilə bağlı Saksoniya Polis Təşkilatı yazılı açıqlama yayıb. Açıqlamada deyilir ki, iki polis məmuru dərhal geri çağırılıb, haqlarında cinayət işi açılıb. İstintaqın nəticəsinə görə, polislərin vəzifələrindən azad edilə biləcəyi qeyd edilib.
Ərdoğanı səfərdə müşayiət edən AKP-li millət vəkili Mustafa Yeneroğlu qalmaqala sərt reaksiya verib.
Qeyd edək ki, Almaniyada 2000-2007-ci illər arasında 8-i türk olmaqla 10 nəfəri öldürməklə günahlandıran “NSU” üzvləri uzun illər boyu Saksoniya əyalətində qaçaq şəkildə yaşamış və onları həbs etmək mümkün olmamışdı.
“NSU” terror təşkilatının varlığı 2011-ci ildə ortaya çıxıb. “NSU” üzvlərindən Uve Böhnhard və Uve Mundlos 2011-ci ildə bank qarətindən sonra gizləndikləri evdə ölü tapılmış və intihar etdikləri irəli sürülmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ İrana qarşı 120 min əsgər göndərir? – Trampdan açıqlama
Ermənistanda Rusiya üstündə atışma olub, ölənlər və yaralananlar var - FOTO
Danimarkada koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv olunub
PKK-nın daha bir önəmli adamı məhv edildi
Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar