Ərdoğan: “Zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda zəlzələ nəticəsində ölən Ayşe Civelek və 10 yaşlı oğlu Məhəmməd Salihin vida mərasimində iştirak edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısı mərasimdə çıxış edib.
R.T.Ərdoğan zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcəyini, heç kəsin diqqətdən kənarda qalmayacağına söz verib. O deyib ki, zəlzələnin nəticələri qısa müddətdə aradan qaldırılacaq, qəzalı vəziyyətə düşən binalar söküləcək, yerində yeniləri tikiləcək: “İndiyə qədər bir çox zəlzələrin şahidi olmuşuq, ancaq millətimiz zəlzələlər zamanı həmişə səbirlə davranıb və çətinliklərin öhdəsindən məharətlə gəlib”.
Türkiyə prezidenti zəlzələ nəticəsində ölən ana və uşağın cənazəsini çiyinində daşıyıb.
Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb. Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
