Ərdoğan: "Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik"
“Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədi’ tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik”.
Minval.info “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərdən qayıdarkən təyyarədə jurnaistlərin suallarına cavabında bildirib.
“Ukrayna və ətrafındakı hadisələri yaxından izləyirik. Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Əlbəttə, bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik”, – Türkiyə lideri deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna Rusiyadan obyektlərin siyahısını gözləyir
Paşinyan: Kərki anklavı 1991 xəritələrinə əsaslanır
Mertsin reytinqi rekord səviyyədə enib
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır