Ərdoğan Qərbə meydan oxudu: "Bacarırsansa..."
Minval.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirildiyi terror aktı ilə bağlı danışıb.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, o, teraktla bağlı Qərbin səssiz qalmasını sərt şəkildə tənqid edib:
“Bu hadisədə Qərb mediası öz işini hiyləgərcəsinə görür. Bu axmağın (red: terrorçu Brenton Tarrant) belə bir manifesto yazması mümkün deyil. Arxasında ciddi dəstəyi var. Bunu tapıblar, manifesto hazırlayıb veriblər əlinə. Orada ölkəmin, mənim Aya Sofyanın adı keçir. Bacarırsansa, gəl al”.
Qeyd edək ki, terror aktını həyata keçirən Avstraliya vətəndaşı Brenton Tarrantın hadisədən öncə yazdığı iddia edilən 70 səhifəlik manifestoda Ərdoğana sui-qəsd edəcəyi və Aya Sofyanı xristianlara geri qaytaracağı da qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu