Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”
Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib. O qeyd edib ki, İsveç və Finlandiyada Türkiyə qarşı atılan addımlar qəbul edilməyəcək. Ərdoğan əlavə edib ki, ötən günlərdə bu məsələləri NATO-nun Baş katibi və Alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.
“Biz işimizi, hansı addımları atacağımızı bilirik. Bu ölkələr artq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər”, – deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!