Ərdoğan Ermənistanın Tovuza hücumunun arxasında hansı ölkənin dayandığına işarə etmişdi...
Xəbər verildiyi kimi, Ermənistan ordusunun iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə qəfil hücumuna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib. Ərdoğan bu hücumun “Ermənistanın boyunu aşdığını” bildiri və onun arxasında başqa qüvvənin, ölkənin dayandığına ehyam vurub. Bəs Ərdoğan hansı ölkəyə işarə edirdi?

Virtualaz.org xəbər verir ki, türkiyəli strateji məsələlər və təhlükəsizlik eksperti Coşkun Başbuğ bu barədə “Yeni Akit” qəzetinə danışıb. O, Ermənistanın hücumunun arxasında Rusiyanın dayandığını deyib.

“Ermənistanın həyata keçirdiyi və Rusiyanın arxasında durduğu hücumların bir məqsədi var. Tovuz bölgəsinə edilən hücum Türkiyənin enerji təchizatı yollarına edilmiş hücumdur. Prezident Ərdoğan “bunu kimin etdiyini bilirik” demişdi. Şübhəsiz ki, Rusiyaya işarə etmişdi. Rusiyanın Ermənistanda kritik hərbi bazaları var. Rusiya Avropanı enerjidə özündən asılı hala gətirdi. Burada yürütdüyü siyasət də budur. Türkiyəni enerjidə özündən asılı hala gətirmək istəyir. Rusiya nədən bu münaqişəni qızışdırır? Bunun iki səbəbi var. Birincisi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq anlaşmaları əldə edildi. İkincisi bu, Türkiyəyə yeni cəbhə açmaq cəhdidir”,-o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
