Rayonlarda maşınlar oğurlanıb
Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, iyunun 5-də Şəki rayonunun Baş Göynük kənd sakini H.Səmədov ŞRPŞ-yə müraciət edərək həmin gün ona məxsus “Renault” markalı avtomobilin qaçırılmasını bildirib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avtomobil onu idarə edən şəxslə birgə Qırxbulaq kəndi ərazisində saxlanılaraq ŞRPŞ-yə təhvil verilib.
Araşdırma aparılır.
Bundan başqa nazirliyin məlumatına görə, iyunun 5-də Gədəbəy rayonunun Slavyanka kəndi ərazisindən Maarif kənd sakini T.Xəlilova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov avtomobillə birgə saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı