Rauf Arifoğlu: “Azərbaycana qarşı amansız informasiya müharibəsi aparılır”
“Son günlər real həyatda olmayan informasiyaların qabardılması hallarına rast gəlirik. Sosial media və sosial şəbəkələr cəmiyyətimiz üçün açıq qapıdır. Burada asan şəkildə dezinformasiyalar yayıla bilir”.
“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasında keçirilən tədbirdə “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib.
“Düşünürəm ki, bunun qarşısı da alınmalıdır. Bunun qarşısını biz almalıyıq. Hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır. Görünür, güclü informasiya hücumu var. Ona görə də biz də sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməliyik. Yutub platformasında fəal olmalıyıq”, – o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib