Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı, ağlayaraq prezidentdən bağışlanmasını istədi -VİDEO
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb.
Musavat.com xəbər verir ki, İlham Əliyev açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.
O, qız övladına toy etdiyi üçün səhv addım atdığını deyib. Bildirib ki, bir ata kimi hissələrini cilovlaya bilməyib və belə bir addım atıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
O, prezidentdən, vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib.
Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.
Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.
https://youtu.be/6qUf32rFSV0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda