Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - SƏBƏBİ BİLİNDİ
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin akademiyaya gəlməsi barədə xəbərlər yayılmışdı. Onun AMEA-da gizli şəkildə iclas keçirdiyi bildirilirdi. Lakin məlum olub ki, Ramiz Mehdiyev akademiyaya şəxsi əşyalarını götürmək üçün gəlib.
Bu barədə Modern.az -a AMEA-nın Rəyasət heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.
“Ramiz Mehdiyev dünən əşyalarını götürmək üçün akademiyaya gəlib”, – deyə AMEA sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, R. Mehdiyev AMEA-nın həqiqi üzvü və akademikdir. Digər üzvlər kimi o da AMEA-ya gəlib-gedə bilər.
Xatırladaq ki, amademik Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. Onun ərizəsi AMEA Rəhayət Heyəti tərəfindən qəbul olunub. Bundan əlavə, AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN: Bir qrup jurnalist icazəsiz aksiya keçirməyə cəhd edib
Rusiyanın müharibədəki itkiləri: 21 min ölü...
“Sifarişçi şərt qoyur ki, “Toyota Prius” gəlməsin...”
"28 May" stansiyasında nə baş vermişdi? - RƏSMİ
Sumqayıtda yaşayış binasında yanğın olub