Ramil Usubov DİN-nin şəxsi heyətinə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib.
Minval.info xəbər verir ki, müraciətdə deyilir:
“Əziz həmkarlar!
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Son 25 ildən artıq bir müddətdə sıralarında çiyin-çiyinə birgə xidmət etdiyimiz daxili işlər orqanları Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirmişdir. Dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaratmışdır.
Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf etmiş, müasirləşmişdir. Qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə qadir olan daxili işlər orqanları bu gün xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilir, Zati-alilərinin inam və etimadını doğruldur. Eyni zamanda, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirərək möhtərəm Prezidentin rəhbərliyi altında ölkəmizin ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün olduqca əhəmiyyətli bir fəaliyyət ortaya qoyur.
Ölkə Başçısının cari ilin iyun ayının 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunmağımla bərabər, uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz.
Fəxr edirəm ki, respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olunmasında nazir kimi mənə hər zaman yardımçı oldunuz, cəmiyyətdə polisin və Daxili Qoşunların nüfuzunun yüksəlməsi üçün səy və bacarığınızı əsirgəmədiniz. Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətiniz daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi. Bütün bunlara görə Sizin hər birinizə dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə yeni-yeni uğurlar arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı