Ramil Usubov 4 rayona yeni polis rəisi təyin etdi (SİYAHI)
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi, Zərdab rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə yeni təyinatları təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu avtomobillərlə taksi xidməti dayandırılacaq - RƏSMİ
İlham Əliyev: "Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik"
Dövlət qurumunun bəzi müəssisələri ləğv edildi
Prezident İstanbula yeni baş konsul təyin etdi
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs olundu
Qatarlar gec gələcək – Metro yeni qrafikə keçir