“Ramal qardaşları ilə özbaşınalıq edirdi, göz yumurdum” — Abbas

Əməkdar artist Abbas Bağırov “Söhbətsiz” proqramında qonaq olub.
“Minval.info”nun məlumatına görə, aparıcı Samir Bayramlının suallarını cavablandıran sənətçi Ramalla olan küsülüyündən söz açıb:
“Mənə Ramalı məsləhət gördülər ki, istedadlıdır. Ona yetərincə əziyyət çəkmişəm. Bunu nə dərəcədə dəyərləndirir, özü bilər. Qrupun sonbeşiyi o idi, özünü ərköyün aparırdı ki, buna hər şey olar. Amma elə deyil. Qrup mənimdirsə, orada qayda-qanunu qoyan mənəm. Nə pullar qazansalar belə, mənə bir manat gəlib, çatmırdı. Ehtiyacım yox idi.
Missiyam “A trio” qrupunu məşhur etmək və sənət göstərmək idi. Ramal solo ifaya can atırdı. Mən də ona qrupun yetirməsi kimi dəstək göstərəcəkdim. Ancaq elə oldu ki, özbaşınalıq etdi, kənarda qardaşları ilə birgə “A trio”nun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar. Buna göz yumurdum. İstedadlara dəstək olmaq adı ilə bu addımı atmışdım”.
Qeyd edək ki, Ramalla Abbas uzun illərdir danışmırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi