Rafael Ağayev iş istəyir

5 dəfə dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev Bakı Baş Gömrük İdarəsində işlə təmin olunmağını istəyir.
Minval.info xəbər verir ki, o, bu barədə “Motivator” yutub layihəsinə qonaq olarkən danışıb. İdmançı atasının arzusunu yerinə yetirmək niyyətində olduğunu qeyd edib:
“Narazı qaldığım bir məqam var. İstəyirəm ki, işlə təmin olunum. Artıq 36 yaşım var. Nə vaxt işə düzələcəm? Buradan məni müəllimlər izləyirlərsə, Bakı Baş Gömrük İdarəsində işlə təmin etsinlər. Karyera bir yerə qədərdir. Bu mənim istəyim yox, atamın arzusudur ki, dövlət işçisi olum. Bu sistem işi də ola bilər, fərqi yoxdur. Əsas məqsəd vətənimə xidmət etməkdir”.
R. Ağayevin sözügedən çıxışı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Əksər istifadəçilər karateçini istəyi ilə bağlı qınayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır