Rəsulzadənin barelyefi ilə bağlı qalmaqallı vəziyyət - "Biz götürmüşük" deyib, oğru tutdular
Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Novxanı bələdiyyəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.
Maraqlısı budur ki, Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev daha öncəki açıqlamada barelyefin onlar tərəfindən götürüldüyünü, yenisi ilə əvəz edəcəklərini demişdi: “Lövhə bizim tərəfimizdən çıxarılıb. Özünüz də yəqin ki, görmüsünüz, lövhə hansı vəziyyətdə idi. Bir həftəyə mərmərdən yaxşı bir görkəmdə lövhə hazırlanacaq və yerinə asılacaq. Gəlib çəkiliş də edə bilərsiz”.
Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefinin oğurlandığı ilə bağlı məlumatlar dünən yayılmışdı. Abşeron Rayon Polis İdarəsi həmin lövhənin əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarıldığını bildirsə də, səbəbini açıqlamamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ölkəyə gətirilən avtomobilərlə bağlı yeni QAYDALAR
Keçmiş nazirin Londona sığınan oğlu radikal dini təriqət üzvü olub - təhlükə
Ögey ata 5 yaşlı uşağı döyüb öldürdü - Azərbaycanda
Vətən müharibəsində yeddi nəvəsi iştirak edən nənə - VİDEO