03.12.2019 - 17:45
Maqazin
13 baxış
“Rəsmi nikaha girmədən ana ola bilərəm”
“Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, rus, türk və Azərbaycan! O, İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Daha sonra Bakıda çalışdı və burada tanış olduq. Çox gözəl memar idi, bir-birimizi başa düşüb evləndik. 1 il yarım sevgili olduq. “Eurovision”dan qabaq evlənmək istədik. Amma plan dəyişdi”.“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Söhbətisz” proqramında qonaq olarkən deyib. O, Türkiyə vətəndaşı Mərd Aslanla olan evliliyinin tez dağılmasından söhbət açıb: “Sona qədər getmədi. Şadam ki, indi mənə çox rahatdır. 30 yaşımdan sonra ailə qurdum. Sən demə, mənim adamım deyilmiş. İnsanlar 20 il ailəli olub, sonra boşanırlar. Görürlər ki, həmin insan onlarlıq deyil! Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. İnanıram ki, hər şey vaxtında olacaq. Ana olmadığıma görə də peşman deyiləm”. Daha sonra sənətçi qeyd edib ki, nikah bağlamadan ana ola bilər: “Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, mənim üçün problem deyil. Ana olmaq qadının şəxsi fikridir. Dostlarım arasında elələri var ki, onlar düzgün insan tapa bilməyiblər. Əslində uşaq normal, ana-ata olan bir ailədə böyüməlidir. Amma nə etmək olar? Alınmırsa, vəziyyət fərqlidirsə, buna uyğun addım atmaq lazımdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
27.10.2026 - 12:14
Məşhur aktyora ağır itki üz verdi
24.10.2026 - 14:54
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03