Rəşad İlyasov “Space”dəki qalmaqaldan danışdı: “Xəcalət çəkirəm...” - Video
Əməkdar artist Rəşad İlyasov ilk dəfə “Space” kanalında baş verən qalmaqala münasibət bildirib.
Musavat.com saytına açıqlama verən müğənni həmkarı Rüfət Axundovla mahnının sözlərini təhqiramiz ifadələrlə dəyişərək, ifa etməsinə belə aydınlıq gətirib: “Hər şey göz önündədir. Bu haqda açıqlama verməyə utanıram. Sənət dostlarım dəstək oldular, öz humanistliklərini göstərdilər. Amma danışmaq mənə xəcalət verir. İstənilən halda yaxşı deyildi. Dostlar arasında olan zarafat ictimaiyyət içərisinə çıxdı. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Üzr istəyirəm böyüklərdən, ana-bacılardan. MTRŞ açıqlama yaydı, nə deyim? Gərək olmayaydı. Xalqı söymədim, tamaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, “dütlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”.
Rəşad mikrofonu açdırması barədə səsləndirilən iddialara da aydınlıq gətirib: “Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orada dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə “sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”..
https://youtu.be/mVmussoR4Wk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!