"Ər ərliyini icra etməyəndə belə olur" - Zaur

“Qadın uşağı ata evindən gətirmir. Heç bir qadın istəməz ailəsi dağılısn. Xoşbəxtliyindən qaçmır, ona arxa duran kişini yerə vurub getmir. Hər bir qadının bir arzusu var: ana olmaq, gəlinlik geyinmək, övlad qucağına almaq, halal çörək gətirən ərin qayğısına qalmaq”.
Minval.info xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. O, proqramına gələn, həyat yoldaşından şiddət görən qadınla bağlı danışıb. Zaur qadınların cəmiyyətdə incidilməsindən, əzilməsindən söz açıb:
“Ailəyə müdaxilə olanda dağılır. Ər ərliyini icra etməyəndə olur. Hər şey ər tərəfindən, ömrünü bağlamaq istədiyi insan tərəfindən oldu. Ömrünü, günün bağlamaq istədiyi adam tərəfindən edilir. Atasını, anasını, doğmalarını qoyub qapısından içəri girdiyi insan tərəfindən olur. Qadınlar niyə bu qədər əzilməlidir? Nəyə görə bunu haq edib? Sənin anan, bacın qadın deyil? Bir qadını hansı həddə çatdırmaq lazımdır ki, ağır söz desin? Anana qadın kimi baxırsan, başqasının qızına, uşaqlarını dünyaya gətirənə dırnaqarası baxırsan? Alınmır, adam balası kimi denən alınmır. Burdan sığal çək, ordan təhqir et. Bir kişi qadına bunu edərmi?”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır