Rəhim Rəhimli şou-biznes nümayəndələrini sərt tənqid etdi: "Bunlar görməmişlikdir" - VİDEO
ARB TV-nin “Açıq pəncərə” proqramının ilk buraxılışının qonaqlarından biri müğənni Rəhim Rəhimli olub.
Minval.İnfo xəbər verir ki, o, məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb: “Yeyib-içdiyimizi insanalara göstərmək, evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Bir dəfə baxıram ki, aparıcı girir yataq otağına, paltar dolabını açır, camaat da baxır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi, maşınımı göstərim”.
Müğənni bildirib ki, tamaşaçı üçün hər şey maraqlıdır: “Müğənnilər mənə bu dediklərimə görə, cavab verməsin. Bu, mənim öz fikrimdir. Ağızlarını Allah yoluna qoyub danışmasınlar. Bu, insanların nəfsi ilə oynamaqdır. Bunu yeyə bilməyən, maşını sürə bilməyən var. Tamaşaçı üçün hər şey maraqlıdır. Alt paltarın da, üst paltarın da, şəxsi həyatın da… Bu demək deyil ki, hər şeyi göstərmək lazımdır. Sən özünə sənətçi deyirsənsə bunları nəzərə almalısan”.
Rəhim məşhurların hər yerdə şəkil çəkib paylaşmasını da pisləyib: “Bəzi müğənnilərimiz Bakıda məkan qoymayıb. Bunlar görməmişlikdir. Görməmişliyin əlamətidir, görməyib. Mən buna başqa ad verə bilmərəm. İnsanların da burada günahı var. Onlar baxmasalar, bəyənməsələr məşhurlar bunu etməzlər”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi
