Rəqsanə: "Yaşamaq istəmirəm"
“Bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. “Ata” adı ona çox yad gəldi. Hər kəs “ata” deyəndə, o qız boynun büküb baxırdı. “Ata” sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova özü haqda yazıb. Ad günü olan sənətçi təəssüratlarını bölüşüb. Rəqsanə xoşbəxt olmadığını etiraf edib:
“Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm. Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Nə gəlirsə, başıma sadəliyimdən gəlir. Yoruldum demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. “Bəxtəvər” deyənlərə ürəyimdə gülüb keçirəm.
Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, yoruldum həyatdan. Nə gözəl gündə – ilk Əhya gecəsində doğuldum. Doğulduğum gündən mücadilə edirəm. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm”.
Qeyd edək ki, Rəqsanə son günlər qəmli paylaşımları ilə diqqət çəkib. Onun hətta ərindən ayrılma xəbəri də yayılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!