Rəqsanə kriminal ətrafından danışdı: Ona yığıb dedilər ki, "çaşma..." - Video
Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlamalar verib.
Minval.info xəbər verir ki, “Səhər-səhər” verilişinin qonağı olan sənətçi “Bivəfa” mahnısı ilə bağlı reper “Cin”lə arasında olan qalmaqaldan danışıb:
“Bu mahnını mən oxuyub tanıtdırmışam. Proyektdə “Bivəfan”ı ifa etdilər. Özüm də bəyəndim, “Instagram” hesabımda Cinin oxuduğunu paylaşdım. Sonra baxdım ki, bir dəfə də efirdə mənim adımı çəkmədi. Bu, mənə təsir etdi. Dedim, belə hörmətsizlik olar?! Sən “Bivəfan”ı məndən eşitmisən. Bu mahnının sözlərini pulla yazdırmışam. Durub deyir ki, şairin sözləridir”.
Müğənni Rəqsanə daha sonra mövzu ilə əlaqədar reperin video vasitəsilə çıxış etməsindən söhbət açıb:
“Bu, mənə çox təsir etdi. Birincisi, Rəqsanə uşaq deyil, 39 yaşım var. Mənim elə dostlarım, ətrafım var ki, nəinki Cin, heç kəs o səhvi edə bilməz. Aradan 20 dəqiqə keçmədi, sağ olsun, qardaşlarım, dostlarım ona yığıb dedilər ki, “çaşıb belə səhv eləmə”. Yəni kişiyə yaraşmaz, mahnını oxuduğun bəs deyil, hələ bir məni təhqir edirsən. Həmin dəqiqə videonu yığışdırdı və məndən üzr istədi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azersun uşaqları "yenidən məktəbə" dəvət edir
Bakıda məktəb qalmaqalı: Şagirdlər kənarlaşdırıldı
Mehriban Xanlarova: "TikTok-da dilənmirəm, iş axtarıram
Oqtay Mehdiyev: Sənət və şəxsi həyat qarışmamalıdır
Bəhram Bağırzadənin uşaqlıq xatirələri: 40 il əvvəlki foto
Əkbər Əlizadə məscidə gedərkən cərimələndi
Aygün Kazımova və Murad Dadaşovun unudulmaz görüşü