Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
şəbəkələrdə və xəbər saytlarında yayılmış “Rəqqasə Renka karantin qaydalarını pozdu” sərlövhəli videogörüntülərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yeləşən restoranlardan birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü mərasimi təşkil edilib:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə şou-biznesdə Renka kimi tanınan rəqqasə Rəna Ağamuradovanın karantin qaydalarını pozduğuna dair görüntüləri yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda