"Rəmiş oğlunun dəfninə belə gəlmədi" - Keçmiş xanımı ilk dəfə danışdı
“Rəmişlə 1979-cu ildə ailə qurmuşuq. El adəti ilə yox, götürüb qaçıb. Bir il sonra oğlumuz doğuldu, Rəmiş atasının adını – Hüseyn qoydu. Rəmişin ilk nikahdan iki qızı var, oğlumla onları görüşdürürdü”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ikinci həyat yoldaşı Arzu xanım “Elgizlə izlə” proqramına açıqlamasında deyib. O bildirib ki, Rəmiş hazırki xanımı Gülü ilə ailə qurduqdan sonra oğlundan imtina edib:
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
“Rəmişlə dava ilə ayrılmamışıq, mənə hörmət edirdi. Aramızda 14 yaş fərq var. Tez-tez gedirdi, həftələrlə qayıtmırdı. Bir dəfə getdi, qayıdanda anam dedi ki, gəlmə. Dəfələrlə gəlirdi, oğlunu görürdü. Övladım da deyirdi, atam bizimlə qalsın. Ehtiyat edirdim, pis vərdişləri var idi. Özüm vəzifədə işləyirdim, imkanım var idi. Bir gün Hüseyn geyindi getdi ki, atam verilişə çəkiləcək gedirəm. Rəmişə deyiblər Hüseyn gəlib. Gülü onların görüşməyinə narazıçılıq etmişdi. Hüseyn də küsdü. Sonra həbsxanaya düşdü, çıxdı. 2013-cü ildə Hüseyn rəhmətə getdi. Böyük qardaşı Vaqif Amerikadan Hüseynin dəfninə gəldi, amma Rəmiş özü gəlmədi.
İndi xəstədir, övladlarından halallıq almalıdır. Hüseyn kimi oğulu danmaq Allah yanında günahdır. Rəmişlə Gülü elə odlu-alovlu danışır ki… Sən necə arvaddan qorxasan ki, 33 yaşlı oğlun rəhmətə gedə, bir dəfə məzarını ziyarət etməyəsən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır