"Ər işə yaramırsa, icazə versin arvadı normal biri ilə yatsın" - Könüldən ŞOK SÖZLƏR
Aparıcı-aktrisa Könül Yusif qızı son zamanlar artan süni mayalanma (donor) yolu ilə hamiləliklərlə bağlı danışıb.
Milli.Az-a açıqlama verən Könül dünyada sürətlə yayılan sonsuzluq problemindən ailələrin üz tutduğu bu üsulu normal qarşıladığını deyib.
Aktrisa süni mayalanma yolu ilə hamiləliyin əsas fəsadının doğulacaq uşaq üçün travma olduğuna da diqqət çəkib:
“Süni mayalanma 2 cür olur. Biri ərin özünün donor olmağıdır ki, bu normaldır. İllərlə arzusunda olan ailə övlad sahibi olur, özü də öz ərindən. Bir də var ər yoxdur və ya ər işə yaramır, gedib ürəkləri istəyən parametrləri seçirlər. Heç bilmədikləri görmədikləri və heç vaxt da tanımadıqları adamın donor olduğu spermadan mayalanıb doğurlar. Bax bunu anlamıram. O uşaq böyüyəndə atasını soruşanda nə deyəcək?
Əgər ər işə yaramırsa və kiminsə donor olduğu “zaddan” uşağa razıdırsa, ta icazə versin qadın gedib, normal biri ilə yatsın, doğsun da. Heç olmasa bir insanın istisindən yaransın da, illərlə buzxanada donmuş donordan yox”.
Qeyd edək ki, əcnəbilərlə yanaşı yerli şou nümayəndələri də süni mayalanma ilə övlad dünyaya gətirməyə maraq göstərir. Onlardan rəqqasə Oksana Rəsulovanı göstərmək olar ki, artıq hamilə olduğu barədə də mətbuatda xəbərlər dolaşır. Digər məşhur xanım isə 51 yaşlı əməkdar artist Mehriban Xanlarovadır. Aktrisa hamilə qalmaq niyyətini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır