Rəhim Rəhimli işdən çıxarıldı
“MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.
Axşam.az xəbər verir ki, 2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.
H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.
Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.
Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır