Rəfael İsgəndərov Qüdrətsiz qalan "Məhəllə"dən danışdı (VİDEO)
“Sizə bir kəlmə deyim, mənim “Məhəllə 3″də çəkilməməyim bəndənin işi deyil, Allahın mənə göstərdiyi lütfdür”.
“Minval.info” xəbər verir ki, bu sözləri “Bu şəhərdə” teatrının aktroyu Rəfael İsgəndərov Real TV-yə müsahibəsində deyib.
Tamaşaçılar “Məhəllə” filminin ən çox sevilən Qüdrət obrazını “Məhəllə 3” filmində görmədilər. Aktyor izləyicilərin sosial şəbəkələrdə yazdığı “Qüdrətsiz Məhəbbət” maraqlı olmadı” fikirlərinə belə cavab verib:
“Deyəsən doğrudan da elə oldu. Özüm sosial şəbəkədə olmasam da, o yazılanlardan xəbərdaram. Yazılanları dost-tanış mənə göndərir”.
Əməkdar artist bu sözlərinin ardından intriqalara əhəmiyyət vermədiyini söyləyib: “Biz başımızı aşağı salıb işimizlə məşğuluq. İntriqanın cavabı da növbəti konsertdir. Hansısa sənətkar bizi tənqid edəndə, qəbul edirik. Amma sənət baxımından bizdən aşağıda olanlara vaxt ayırmırıq. Boş intriqaya vaxt ayırmaqdansa, yeni ssenari, yeni rol üzərində işləyib, tamaşaçıya təqdim edirik.
Bizim gördüyümüz işdən qazancımız tamaşaçının verdiyi qiymətdir. Deyirlər ki, sənətkarı xalq yaşadar. Burada söhbət maddiyatdan getmir. Sənətkarı səhnədə sevib alqışlayırlarsa, yaşayır. Alqış yoxdursa, batıb gedirsən.
Xatırladaq ki, Tahir İmanov mətbuata müsahibəsində “Məhəllə 3″də Qüdrət obrazının yer almamasını belə şərh vermişdi: “Məhəllə” yaradılanda Qüdrət harda idi axı?! İlk “Məhəllə” 2000-ci ildə “Parni iz Baku”nun KVN komandasının konsertində olub. Qüdrət rolu isə ancaq 2003-cü ildə filmdə çəkilib. Ümumilli liderimiz Heydər Əliyev mən, Cabir İmanov və Bəhram Bağırzadənin əsas rolda olduğu “Qüdrət”siz “Məhəllə”yə gülüb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi