Ərəblər bu dəfə Qaxda nadir quşları ovladılar - Foto+Video
“Ecofront” səhifəsi ərəb turistlərin qanunsuz ovu ilə bağlı daha bir görüntü yayıb.
“Qafqazinfo” xəbər verir ki, ərəblər bu dəfə Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub.
Qeyd edək ki, Acınohur ərazisində çəkilmiş görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentdən icra başçılarının həbsinə
Özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
Rus qız canlı yayımda azərbaycanlı aparıcını öpdü - VİDEO
Bakının “Koroğlu” keçməzi - BNA rəsmisi zənglərdən niyə qaçır? (FOTOLAR)
AzTV-nin əməkdaşını şantaj edən “ARB 24”ün keçmiş rəhbərinin oğlu imiş