Qvardiola İtaliya millisinin təklifini necə dəyərləndirdi
İspaniyalı məşqçi Xosep Qvardiola ilk dəfə İtaliya milli komandasına rəhbərlik etmək üçün aldığı təklif barədə danışıb. Baku.ws-ın “RomárioTV”yə istinadən verdiyi məlumata görə, Qvardiola bu təklifi böyük şərəf hesab edib.
Qvardiola bildirib ki, İtaliya Futbol Federasiyasının təklifi onun üçün əhəmiyyətli olsa da, həmin dövrdə karyerasına fasilə verməyə ehtiyac duyurdu. “Belə bir təklifi almaq mənim üçün böyük şərəf idi. İtaliya kimi bir ölkəyə yox demək çətin idi,” – deyə o əlavə edib.
O, həmçinin vurğulayıb ki, İtaliya millisinə rəhbərlik edə biləcək şəxs kimi qiymətləndirilməsi onun karyerasının ən böyük şərəflərindən biridir. “Bir-iki il sonra təklif olunsaydı, yəqin ki, razılaşardım,” – deyə Qvardiola qeyd edib.
Xatırladaq ki, daha öncə İtaliya Futbol Federasiyası nümayəndələrinin Qvardiola ilə görüşdüyü və ona milli komandanın baş məşqçisi vəzifəsini təklif etdiyi bildirilmişdi. Qvardiolanın son iş yeri “Mançester Siti” olub, burada o, 2016-2026-cı illər arasında çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Vogue” 2026-cı ilin ən dəbli idmançılarını açıqladı
Mourinyo Enrikenin bu təklifinə qarşı çıxdı: Maaşıma toxunmayın
Gözlənilən qol ötürmələrinə görə ən yaxşı 5 gənc futbolçu
Okan Buruk: "O, hər gün daha da inkişaf edir"
"Barselona" klubu Bakıya səfər edəcək
UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyununun hakimləri açıqlandı
"Sabah" - "Barselona" matçını idarə edəcək hakim tanışdır