Qurban Qurbanova məşhur klubdan təklif gəldi
Xəbər verdiyimiz kimi, Moskvanın “Spartak” klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.
Sportinfo.az-ın “Spartak”a yaxın mənbədən aldığı məlumata görə, paytaxt klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.
Məlumata görə, “Spartak”ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar Qurbanovun məsələyə münasibətini öyrənmək istəyiblər. Məlumatda bildirilir ki, “Spartak” rəhbərliyi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.
“Spartak” rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun “Spartak”a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.
Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, “Spartak”ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA -da fərqləndirilən Medina: "Yeni turnirdə tarix yazmaq istəyirik"
"Qarabağ" qrupdan çıxa bilmədi
“Barselona” 32 yaşlı futbolçu aldı
İdmançılarımız I MDB Oyunlarını 60 medalla başa vurdular
Futbolçunun ayağı belə qırıldı - Hər kəs şoka düşdü (FOTO, VİDEO)
Argentina 1/4 finala yüksəldi - Video
AFFA-nın baş katibi oyun alverindən danışdı:"Bu virusun kökünü kəsəcəyik"