Qurban Qurbanov: "Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq"
“Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj”la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: “Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq”.
Qurbanov sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: “Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. “Düdelanj” da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq”.
Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı