Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
“Qarabağ” fərqli rəqibə qarşı çıxış edəcək.
Bunu “Qarabağ”ın baş məçqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis ilk matça intizamlı oynamaq istədiklərini bildirib:
“Əvvəlcə jurnalistlərimizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib fərqlidir, hər görüşdə fərqli formada çıxış edirlər. Lakin inanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər”.
Qeyd edək ki, “Qarabağ” və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq