17.09.2020 - 11:51
RƏSMİ
1 baxış
Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən açıqlama
“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb.Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib.
Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı Qazet.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib.
“Harada saxlanılıb? Mənim məlumatım yoxdur. Hələ ki, bizə bu barədə məlumat daxil olmayıb”.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
22.07.2026 - 17:52
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
19.11.2025 - 13:42
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
15.11.2025 - 18:29
Agentliyin sədrinə yeni vəzifə verildi
14.11.2025 - 17:11
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ
14.11.2025 - 16:11
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14.11.2025 - 14:57