Qubada yaşayış evini ilanlar basıb - Video
Qubanın Əliməmmədoba kəndində Səmədovların yaşadığı evi ilanlar basıb.
“Qafqazinfo”nun məlumatına görə, ev sakinləri bildirirlər ki, ilanlar evin tavanında məskunlaşıb. Bunu görən ailə dərhal evi tərk etməyə başlayıb. Ev sahibi İlham Səmədovun sözlərinə görə, tavanda məskunlaşan ilanların uzunluğu 1,5 metrdən böyükdür. 2 ilanın evdə məskunlaşması 6 nəfərlik ailəni yurd-yuvasından didərgin salıb. Bununla bağlı FHN-nin Quba bölməsinə müraciət olunsa da, məsələ onlara aid olmadığından öz həllini tapmayıb.
Ev sahibi 2 evin tavanını və döşəməsini söküb çıxarsa da, sürünənləri tuta bilməyib. İlanlara qarşı zəhərli dərman preparatlarından da istifadə ediblər. Hazırda ailə qohumlarının evində qalmağa məcburdur.
Evin xanımı Validə Səmədova açıqlamasında bildirib ki, evin yeni təmirdən çıxmış 3 otağını ilana görə tam söküblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı