Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Rusiyalı müğənni Qriqori Lepsin təsisçisi olduğu şirkətlərin vergi borcu məlum olub. Minval.info xəbər verir ki, sənətçiyə məxsus iki şirkətin dövlətə ümumi vergi borcu 600 min rubldan artıqdır.
Məlumata görə, Lepsin səhmlərinin 80 faizinə sahib olduğu “Loft Group” şirkətinin vergi borcu 390 min rubl, “Pit” MMC-nin isə 225 min rubl təşkil edir.
Qeyd olunur ki, Qriqori Leps ümumilikdə səkkiz şirkətin ortaq təsisçisidir. O, restoran və kurort biznesi, eynək istehsalı ilə yanaşı, 2024-cü ildən qiymətli metalların filiz və qumlarının hasilatı sahəsində də fəaliyyət göstərir.
Bundan əlavə, 2026-cı ilin iyun ayında Lepsə məxsus şirkətlərdən biri yerin təkində geoloji tədqiqatların aparılması, eləcə də faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsi üçün müvafiq lisenziya əldə edib.
2025-ci ilin maliyyə göstəricilərinə əsasən, müğənniyə məxsus şirkətlərin ümumi dövriyyəsi 322 milyon rubl təşkil etsə də, onların ili 226 milyon rubl zərərlə başa vurduğu bildirilir.
Xatırladaq ki, Qriqori Leps bir müddət əvvəl Rusiyada ailələrin aylıq 200–300 min rubl gəlirlə iki uşaq böyüdə biləcəyini söylədiyi açıqlamaya görə sosial şəbəkələrdə geniş tənqid olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi
Yaşardan kliplə təqdimat – Video