Qorxulu qurd xəstəliyi - Trixinelloz
Trixinelloz ən təhlükəli parazit xəstəliklərindən hesab edilir.Xəstəliyə hər tərəfdə rast gəlinir.İlk dəfə trixinella süfrəsini C.Pecet meyidin əzələləri arasında tapılmışdır.
Xəstəliyin törədicisi Trichinelladır. Dişi parazit 1-3,erkək parazit isə 1-2 mm uzunluqda olur.Parazitin cinsi yetişkən forması nazik bağırsağın selikli qişasında yaşayır. Erkək parazit dişini mayalandırdıqdan sonra ölür. Dişi trixinella 3-4 həftə,bəzən isə 4-5 həftə yaşayır. Bir parazit 100 minlərlə gənc trixonellaların əmələ gəlməsinə səbəb olur.Parazitin sürfələri qan və limfa vasitəsilə orqanizmə yayılaraq eninəzolaqlı əzələlərin sarkolemması altına giri qalır və orada yaşayır.
İmmunitet.az bildirir ki, trixinelloz orqanizmdə aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur:
– qızdırma
– əzələ ağrıları
– üzün şişkinləşməsi
– dəri səpgiləri
– eosinofiliya
– ağ ciyərlərin zədələnməsi
– miokardın zədələnməsi
– mərkəzi sinir sistemində pozğunluqlar
Parazitin ən qorxulu xüsusiyyəti onun kapsullaşıb 10-40 il müddətində orqanizmdə diri qala bilməsidir.
Xəstəlik vəhşi heyvanlardan ev heyvanlarına,onlardan da insanlara yoluxur.
Xəstəliyin ağır forması yüksək qızdırma,ishal,ürək bulanma ilə başlayır.Xəstənin üzü və boyun bölgəsi şişir,əzələ ağrıları və konyuktivit müşahidə edilir.Xəstəlik eritrositlərin çökməsi,tromboz əlamətlərinin artması və trombohemorragik sindromla müşahidə edilir.
Xəstəliyə diaqnozun qoyulmasında əzələnin biopsiyasının nəticələri əsas rol oynayır.
Xəstəliyin müalicəsi antihistamin preparatlar,kalsium duzları,analgetiklər və C vitamini ilə aparılır.Xəstəyə mebendazol(vermox) və tiabendazol təyin edilir.Müalicə xəstəliyin erkən dövrlərində başladıqda daha effektli olur.Müalicə zamanı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəyə ürək-damar preparatları,metobolizmi yaxşılaşdıran dərmanlar təyin edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sarıkökü yeməklərə əlavə etmək üçün 5 VACİB SƏBƏB
Evdə müalicə alan COVID-19 xəstələri ilə bağlı VACİB AÇIQLAMA
ÜST-nin Baş direktoru: “Növbəti böhrana hazırlaşmalıyıq”
Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır - XƏBƏRDARLIQ!
Şəfa balzamı – Qəpik-quruşa möcüzə
Azərbaycanda tibbi xidmət dəyişdirilir - Yeni qurumun faydaları
Azərbaycanda bağça yaşlı uşaqlar üçün xüsusilə təhlükəli virus yayılıb