26.05.2019 - 12:00
Hadisə
21 baxış
Qonşu qadınlar arasında əlbəyaxa dava: bir nəfər başından yaralandı
Yevlaxda qonşu qadınlar arasında düşən davada bir nəfər ciddi xəsarət alaraq başından yaralanıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhəri, Elçin Ağayev küçəsi 90 ünvanında baş verib.
Belə ki, qeyd olunan ünvanda qonşu qadınlar arasında başlayan mübahisə qızışaraq əlbəyaxa davaya çevirilib. Nəticədə 1982-ci ilə təvəllüdlü rayon sakini Məhərrəmova Bəsti Fərman qızı müxtəlif bədən xəsarətləri alıb.
Dava etdiyi şəxs və ya şəxslər həm də onun başını yarıb. Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Bir müddət sonra isə B.Məhərrəmova ambulator şəraitdə müalicəsini davam etdirməsi üçün evə buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24