“Qızım olsaydı, universitetə getməyə qoymazdım” - Nazpəri
“Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Ay Zaur” proqramına qonaq olarkən deyib. Müğənni verilişdə şəxsi həyatı barədə danışaraq qız övladının həmişə arzusunda olduğunu bildirib.
N. Dostəliyeva səhnəyə görə, qardaşından şiddət gördüyünü qeyd edib: “Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə, dəfələrlə mənə əl qaldırırdı. Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim.
Daha sonra ailə həyatı yaşadım. Orta məktəbdə oxuyanda ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır. Həyat yoldaşım toylara icazə verirdi, amma efirə getməyə qoymurdu. Dörd yaş məndən böyük idi. Universitetdə təhsil aldı, daha sonra mühəndis kimi çalışdı. Lakin illər sonra dünyasını dəyişdi. Biz 13 il evli qaldıq. Bu nikahdan iki oğlan övladımız dünyaya gəldi”.
Sənətçinin sözügedən çıxışını videonun 20-ci dəqiqəsindən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=sKt03tNwJ-Y
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!