Qızıl qiymətləri niyə yüksəlir? – Zərgərdən əhəmiyyətli təhlil
Son günlərdə beynəlxalq bazarlarda qızılın qiymətində artım müşahidə edilir. İyul ayının əvvəlində 4,000 dollar ətrafında olan qızılın bir unsiyasının qiyməti, hazırda 4,170 dolları keçib. Bu artımın səbəbi qlobal iqtisadi qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edilir.
Minval.info xəbər verir ki, dünya bazarındakı bu bahalaşma yerli qızıl bazarına da təsir göstərib. Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılovun sözlərinə görə, hazırda 585 əyarlı qızılın alış qiyməti 129,5 manat, satış qiyməti isə 160 manatdır.
750 əyarlı qızılın alış qiyməti 165,76 manat təşkil edir və bu əyarlı qızıl məmulatlarının satış qiyməti model və işlənməsindən asılı olaraq 200-230 manat arasında dəyişir. Ərəb qızılının alış qiyməti 194,4-203,3 manat, satış qiyməti isə 260-280 manat aralığındadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır