Qisas məqsədi ilə adam öldürmək istəyən şəxsin şikayəti təmin edilməyib
Bakı Apelyasiya Məhkəməsində qisas məqsədi ilə adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyev barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
APA-nın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən E. Əliyevin şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb.
Ağır yaralanan N.Cəfərov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar.
İttihama görə, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.
Ona Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökmünə əsasən, Elnur Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda məşhur şirkətin işçisinə cinayət işi açıldı — TƏFƏRRÜAT
Şirvanda karantini pozan jurnalist həbs edildi - RƏSMİ
Hərbçilərimiz azyaşlını yanğından xilas etdilər
Dərnəgüldə yanğın - Bakını qara tüstü bürüdü, yollar bağlandı - VİDEO
Texasda 18 it sahibini yedi
Azərbaycanda mikroavtobus qəzaya uğradı: 15 yaralı var - FOTOLAR
Vətəndaş “şortik” geyindiyinə görə notariusa buraxılmadı