Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı
Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq. “Qafqazinfo” bildirir ki, bu barədə “Microsoft”un təsisçisi Bill Qeyts “Wired”ə müsahibəsində deyib.
“Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək”, – Qeyts qeyd edib.
Eyni zamanda, milyarderin sözlərinə görə, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımıza qədər illər ötəcək. Bu, Birinci və İkinci Dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər”, – Qeyts deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda