Qənirə Ataşova: Pərviz Abubəkirovun diplomu saxtadır
Baku.ws-ın məlumatına görə, Azərbaycan səhiyyəsi Pərviz Abubəkirovun Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrılması ilə daha bir diplomsuz rəhbərdən xilas oldu. Bu qərara görə yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramova peşəkar media nümayəndələri adından dərin təşəkkür bildirilib.
ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında Pərviz Abubəkirovun vəzifəsinə gəlişindən sonra media ilə Səhiyyə Nazirliyi arasında dərin uçurumun yarandığını bildirib. Onun sözlərinə görə, jurnalistlər suallarına cavab ala bilmədikləri üçün xəstəxanalarda və birbaşa həkimlərdən məlumat əldə etməyə məcbur olublar.
Ataşova qeyd edib ki, mətbuat katibinin üzərinə düşən vəzifələri həkimlər yerinə yetirmək məcburiyyətində qalırdı ki, bu da media, cəmiyyət və tibb işçiləri arasında əlavə gərginlik yaradırdı. Halbuki, bu işlərin Səhiyyə Nazirliyinin məsuliyyəti olduğunu vurğulayıb.
Jurnalist əlavə edib ki, Pərviz Abubəkirovun ali təhsili yox idi və onun saxta diplom əldə edə biləcəyi ehtimalını irəli sürüb. O, Abubəkirovun ANS-də montajçı kimi çalışdığını və mətbuat sahəsində heç bir müəllif məqaləsinə rast gəlmədiyini qeyd edib.
Qənirə Ataşova bu məsələ ilə bağlı sual qaldıraraq, müvafiq təhsili və peşə hazırlığı olmayan şəxsin belə məsuliyyətli dövlət vəzifəsinə necə təyin edildiyini sorğulayıb və onu təyin edənlərin məsuliyyətinə diqqət çəkib. O, Azərbaycan səhiyyəsində başlayan dəyişikliklərin davam edəcəyinə ümid etdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tramp Netanyahunu milli birlik hökumətinə məcbur edə bilər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Məmurlar hansı hallarda ianə ala bilərlər?
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
Netanyahu İsraildə seçkilərdən sonra sağ birliyə çağırdı
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu bloku öndədir