Maskın Ukraynaya qarşı mövqeyinin niyə dəyişdiyi bəlli oldu
İlon Maskın Ukraynaya münasibətdə mövqeyini dəyişməsi diqqət çəkib. O, əvvəllər Kiyevi fəal şəkildə dəstəkləsə də, indi tənqidə keçib.
Publika.az-ın məlumatına görə, “The Atlantic” qəzetinin köşə yazarları vəziyyətlə tanış mənbələrə istinad edərək Maskın mövqeyindəki bu dəyişikliyi açıqlayıblar.
2022-ci ildə Mask Ukraynadakı xəstəxanalara, elektrik stansiyalarına və dövlət qurumlarına minlərlə “Starlink” peyk rabitə terminalı bağışlayıb. Bu sistem daha sonra Ukrayna ordusu tərəfindən rabitə və dronların idarə olunması üçün istifadə edilib.
“SpaceX” ilə əlaqəli bir mənbə, “Starlink”dən hücumların görüntülərinin yayımlanmasının təşkilat daxilində narahatlıqlar yaratdığını bildirib. Mask isə daha sonra sistemin döyüş üçün nəzərdə tutulmadığını bəyan edib.
Oktyabr ayında Kiyev Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” terminallarının fəaliyyətinə məhdudiyyətlər qoyduğunu elan edib. Mask sistemin müdafiə və mülki məqsədlər üçün istifadə edildiyini iddia etsə də, “The Wall Street Journal” onun Ukraynanın “Starshield”ə girişini məhdudlaşdırdığını yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xruşşovun nəticəsi məsuliyyətə cəlb edildi
İsrail seçkilərində siyasi böhran: qarşıdakı üç ssenari
Milanın yaşıl gələcəyi: şəhər təbiətin bərpasında nümunə olur
AB: enerji şoklarına qarşı neft emalı zavodlarına ehtiyac var
Meta və Snapchat məhkəmədə: iki gənc nəhəngləri ittiham edir
Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
Meta və Snap yeniyetmələrə zərər iddiası ilə məhkəmə qarşısında