Qazaxıstanlı idmançı azərbaycanlı döyüşçünü duelə çağırdı
Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev Cəsur Döyüş Federasiyası (Brave Combat Federation) ilə müqavilə bağlayıb.
Bu barədə “Bakı Döyüş Klubu”nun “instagram” hesabında paylaşım edilib. Babayev, federasiya ilə 5 döyüşlük sözləşmə imzalayıb.
Qazaxıstanlı döyüşcü Nurcan Akişev “instagram” hesabı vasitəsilə Aqşin Babayevi döyüşə çağırıb. O, 2 il əvvəl Babayevlə döyüşməli olduğunu, lakin azərbaycanlı idmançının başqa şirkətlə müqavilə imzalamasına görə görüşün baş tutmadığını bildirib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Babayevin Nurcana cavabı gecikməyib və o, “instagram” hesabı vasitəsilə döyüşə hazır olduğunu bildirib. Azərbaycanlı idmançı həmçinin, 2 il əvvəl ona Akişevlə döyüşməyin təklif olunmadığını bildirib.
Aqşin Babayev 21 döyüşə çıxıb və 14 qələbə qazanıb, 6 dəfə məğlub olub, 1 döyüşü də rəqibin qadağan olunmuş yerə zərbə vurması səbəbindən baş tutmamış hesab olunub. Nurcan Akişev isə 8 döyüşün 6-da qələbə qazanıb, 2-də uduzub. (Komanda.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq