Qazaxda bayrağımız bu halda - Yerli hakimiyyət hara baxır?! (FOTO)
Qazaxda bayrağımız küləkdən paramparça olub.
Musavat.com bildirir ki, texnologiyanın indiki səviyyəsində üzərində cib telefonu olan hər kəs havanın necə olacağını günlər öncədən dəqiq müəyyən edə bilər. Bunun üçün gündə 2-3 saniyə telefonuna baxmaq kifayətdir.
Lakin görünür, Qazaxın yerli hakimiyyətinin başı başqa şeylərə qarışıb. Havaların küləkli olacağı öncədən bəlli olsa da, müvafiq sturukturlar səhlənkarlıq etmiş, dövlət bayrağını endirməmiş, nəticədə içlər acıdan bu səhnə ortaya çıxıb.
Qazax Azərbaycanın Qərb qapısıdır, ölkəmizə quru yollarla gələn-gedən hər kəs bu rayondan keçir. Bu baxımdan, Qazax İcra hakimiyyətinin bu səhlənkarlığına görə məsuliyyət daşıyır.
Milli qəhrəmanımız Ramil Səfərov bayrağımıza həqarət edən erməni zabitini, bu həqarətə dözməyərək, haqlı yerə cəzalandırıb.
Bəs, bayrağımızı bu hala salan məsul şəxsi icra başçısı Rəcəb Babaşov cəzalandıracaqmı?
Onun özünü necə, cəza gözləyirmi?

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirlikdən hava şəraiti ilə bağlı - XƏBƏRDARLIQ
Dövlət sərhədində növbəti təxribat: Tovuzun kəndləri atəş altında
Kür çayının səviyyəsi artdı
Bakının bu hissəsində eyvanlardakı paltar ipləri söküldü - FOTO
Putinin mətbuat katibi İçərişəhəri gəzdi — FOTO
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu
Diqqət! Bakıda bəzi küçələrdə tıxac var