11.08.2019 - 10:20
Hadisə
22 baxış
Qaxda əsgər yanına gedən ata və ana qəzada öldü - Fotolar
Ötən gecə Qaxda ağır avtomobil qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Ford” və “Vaz 21099” toqquşması nəticəsində “Vaz 21099″un sürücüsü Ağayev Akif İsrafil oğlu, onun həyat yoldaşı Ağayeva Leyla və sürücünün bacısı oğlu Nəzərov Tural aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər.
Həmin maşında olan sürücünün qızı Ağayeva Asya xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub.
Digər avtomobildə olan sərnişin Mirzəyeva Sevda da eyni diaqnozla xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzada ölən ər və arvad Beyləqanda hərbi xidmətdə olan övladlarının andiçmə mərasiminə gedirlərmiş.
Faktla baglı araşdırma aparılır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24