"Qaşıqçı işi"ndə yenilik - Səudiyyə Ərəbistanı “günah keçisi”ni tapdı
ABŞ-ın “The New York Times” qəzeti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğundan vəhşicəsinə öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı yeni məlumat yayıb.
Səudiyyəli rəsmilər bu qətldən general Əhməd Əl Assirini məsul tutmağa hazırlaşırlar.
“NYT”-nın öz qaynaqlarına əsaslandığı məlumatına əsasən, Səudiyyə Ərəbistanı tərəfindən hazırlanan rəsmi açıqlamada insident “şahzadə Məhəmməd bin Salmanın general əl Assiriyə Camal Qaşıqçını sadəcə yaxalamaq barədə şifahi əmr verdiyini, lakin generalın bu əmri “yanlış analayaraq” və ya “səlahiyyətlərini aşaraq” onu öldürdüyü” kimi təqdim olunacaq.
Qəzetin xəbərinə görə, ər-Riyad ABŞ dövlət katibi Maykl Pompeoya da general əl-Assirinin adını verib.

Daha öncələr Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarının gedişində mətbuat sözcülüyünü həyata keçirən əl-Assiri şahzadə Məhəmməd bin Salmana ən yaxın isimlərdən biri olaraq tanınır.
Qəzetdə verilən informasiyaya əsasən prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner qaynatasından Məhəmməd bin Salmanı dəstəkləməyi xahiş eidb. Kuşner prezidentə Qaşıqçının ortadan itməsi və öldürülmüş olması il bağlı təzyiqlərin Səudiyyə Ərəbistanının digər “xətaları”nda olduğu kimi kimi zamanla unudulacağını söyləyib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
