"Qartallarımız mələk olub səmaya çəkildilər" - Fotolar

Ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.
Minval.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yüzlərlə paylaşım edilib. Onlar arasında tanınmış simalar da yer alıblar.
Əməkdar artist Manana Caparidze paylaşımında “Allah rəhmət eləsin. Yaxın və əzizlərinızə dərin hüznlə başsağlığı veririk, dərdlərinə şərik oluruq” sözlərini qeyd edib.
Xalq artisti Brilliant Dadaşova isə öz ifasını yayımlayaraq hüznünü belə ifadə edib:
“Xəstəyəm – qalıb əlacım bir şirin dilə. Allahım bizə xoş günlər nəsib et. Nə qədər kədər yesin bu Vətən”.
Xalq artisti Aygün Kazımova və Zülfiyyə Xanbabayeva instaqramda hekayə bölümündə şəhidlərin fotosunu yayımlayaraq “Allah rəhmət eləsin” şərhini yazıblar.
Aparıcı Azər Süleymanlı “Səma qartallarımız mələk olub səmaya çəkildilər… Allah sizə rəhmət eləsin, əzizlərinizə səbr versin” deyə, paylaşımında qeyd edib.
Müğənni Elvin Abdullayev şəhidlərin fotolarını yayımlayaraq ailəsinə başsağlığı verib:
“Allah hər bir şəhidimizə rəhmət eləsin. Əzizlərinə, sevdiklərinə Allah səbir versin. Nə deyim bilmirəm, vallah.
Başın sag olsun Vətən”.
Müğənni Roza Zərgərli “Allah rəhmət etsin. Məkanınız cənnət olsun” yazaraq, şəhidlərin siyahısını paylaşıb.
Aparıcı Vüsalə Əlizadə “Yenə faciə. Yenə 14 ailədə müsibət. Yenə analar, bacılar, gəlinlər gözüyaşlı, “atam nə vaxt gələcək” sualları ilə dolu körpə gözləri… Hər günüm, yaşadığım həyat… Allah rəhmət eləsin. Çarəsizlik, başın sağ olsun Vətən” sözlərini yazıb.
Xalq artisti Azərin “Allah böyük millətimizə səbir versin. 30 Noyabr 2021-ci il – Azərbaycanın Xızı bölgəsində görəv başında şəhidlik zirvəsinə ucalan hərbçilərimizi Peyğəmbərimizə qonşu etsin. Ailələrinə dayanmaq gücü versin. Qazilərimizə Allah şəfa versin” deyə, paylaşımında qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır







