"Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu” - Foto
“Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu”
Minval. info bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva bir müddət əvvəl avtomobil qəzası keçirərək xəstəxanalıq olan qardaşı Samir Babakişiyevin son vəziyyəti haqda məlumat verərkən qeyd edib.
Türkiyədəki xəstəxanaların birində müalicə alan qardaşı ilə İnstaqramda fotosunu paylaşan ifaçı bunları yazıb:
“Hələ ki, vəziyyətimiz ortadı. Müalicələr davam edir. Çünki nəfəs alma problemimiz var”.
Ayan onun doğması üçün dua edən hər kəsə təşəkkürünü bildirib:
“Dua eden hər kəsə, göydə Allah, yerdə sizlərə sağ olun, var olun deyirəm. Hər gün 100-lərcə mesajlar, zənglər gəlir qardaşım Samir üçün. Allah hər kəsdən razı olsun. Mən kimin dost, kimin düşmən olduğunu gördüm. Narahat olub soruşan tanıdığım, tanımadıqlarım”.
İfaçı qardaşının müalicə aldığı xəstəxanaya da təşəkkür edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır