Qarda “Niva”yla “avtoş”luq edənlər həbs edildi
Xızı rayonunda qarda “avtoş”luq edən gənclər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Minval.info-ya verilən məlumata görə, Xızı RPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edən gənclər – Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov saxlanılıb.
Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.
Çəhrayı rəngli Niva paytaxtda “Pantera 094” ləqəbi ilə “avtoş”lar arasında məşhurdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lerikdə meşə yanğını davam edir
Tovuzda ağır qəza: yaralılar var
Bakıda ata azyaşlı hamilə qızının başını kəsdirib? - POLİSDƏN AÇIQLAMA
Azərbaycanlı müğənni həyat yoldaşını xəyanət edərkən tutdu
Tanınmış şəxslərin evlərindən oğurluq edənlər həbs olundu
Sumqayıt bulvarında bir nəfər dənizə düşdü